UEFA Çempionlar Liqasının final oyununu Rusiyadan alıb

UEFA Çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindəki "Qazprom Arena" keçirilməyəcək.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, Avropa futbol qurumu Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın qarşılaşmaya ev sahibliyi hüququnu əlindən alıb.

Qərar fevralın 25-də UEFA İcraiyyə Komitəsinin iclasında açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl xarici mətbuat Rusiyanın Sankt-Peterburq şəhərindəki UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi hüququnu itirə biləcəyini yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR