Bakıda ağır zəncirvari qəza baş verdi -

Bakı şəhəri Yasamal rayonunda səhər saatlarında zəncirvari ağır yol- nəqliyyat hadisəsi olub.

Metbuat.az-a daxil olan məlumata görə, A.M. Şərifzadə 233 küçəsində dörd avtmobilin toqquşması ilə qəza baş verib. Hadisə zamanı 54 BH 110 nömrəli VAZ 21 015 ilə 77 DL 340 nömrəli Renault markalı avtomobil toqquşub. Eyni zamanda qəza əsnasında qarşıdan gələn 90 ML 212 və AH 022 AE seriyalı Mersedes markalı avtomobil də toqquşaraq ağır qəza törədiblər.

Hadisə nəticəsində bir nəfər ağır yaralanaraq xəstəxanaya aparılıb.

Qəza barədə ətraflı məlumat veriləcəkdir.


Aidə Fərzəliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR