ABŞ-ı Zelenski maraqlandırmır:

Rusiya Ukraynada qalib gələrsə, Moskvanın müasir SSRİ-nin təməli olacaq ittifaq qurmaq imkanı genişlənə bilər.

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, ABŞ hazırda Rusiyanın Ukraynaya hücumuna qarşı genişmiqyaslı sanksiya strategiyasını tətbiq edir və açıqlanan rəqəmlər rusları çətin günlər gözlədiyini göstərir.


"Bu sanksiyaların Rusiyanın Ukraynanı ələ keçirmək planının qarşısını alacağı inandırıcı deyil. Putin Kiyevi işğal etmək və Zelenskini devirmək istəyində israrlıdır. Pentaqon da rusların 75 döyüş təyyarəsi və quru qoşunları ilə üç istiqmətdən Kiyevə hücum etdiyini deyir. Kiyevin 10 kilometrliyindəki Qostomel şəhərindəki “Antonov” aerportunu ələ keçirən ruslar desant qüvvələrinin bölgəyə endirilməsi üçün buradan istifadə edir və məlumatlar da göstərir ki, Zelenskiyə qarşı xüsusi əməliyyat keçirilə bilər.Əgər Putin Ukraynada istəyinə nail olsa, bu, post-sovet məkanına yaxşı gələcək vəd etmir".

Asif Nərimanlı qeyd etdi ki, Bayden ABŞ əsgərinin Ukraynada Rusiya ilə döyüşməyəcəyini deyir və bunu artıq neçənci dəfədir ki, dilə gətirir. Çünki Ukrayna NATO üzvü deyil və ABŞ-ın bu ölkəni qorumaq öhdəliyi hüquqi baxımdan yoxdur.

"Amma siyasətdə “strateji çəkindirmə” deyilən taktika var: etməsən də, edə biləcəyini dilə gətirməklə qarşındakını çəkindirirsən; Bayden bunu belə etmir. ABŞ liderinin “ruslarla döyüşməyəcəyik” sözünü dəfələrlə dilə gətirməsinin hədəfləri haqda “rusları bataqlığa çəkməkdən” tutmuş, sanksiyalarla əzməyə qədər çoxsaylı versiyalar irəli sürmək olar. Hərçənd, Baydenin çıxışı göstərir ki, ABŞ-ı ukraynalıların taleyi yox, strateji planları maraqlandırır".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR