Neftin qiyməti bahalaşıb

Dünya bazarında neftin qiyməti artıb.

Metbuat.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin aprel müqaviləsinin dəyəri 2.00% bahalaşaraq, 1 bareli 101,06 ABŞ dollarına çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1.82% artaraq, 1 bareli 94,50 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR