Zelenski:

"Rusiya qoşunlarının mülki hədəflərin onların hədəfi olmadığı barədə bəyanatları yalandır".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Ukrayna prezidenti Volodimir Zelenski cümə günü səhər saatlarında dərc olunmuş müraciətində bildirib.

"Genişmiqyaslı müharibənin ikinci səhəridir. Saat dörddə Rusiya qüvvələri Ukrayna ərazisinə raket zərbələri endirməkdə davam etdi. Onlar deyirlər ki, mülki obyektlər guya onlar üçün hədəf deyil, amma bu, yalandır. Dünən olduğu kimi, hərbçilər və mülki şəxslər Rusiyanın hücumu altındadır”, - deyə Zelenski bildirib.

O qeyd edib ki, bu hücumda məqsəd cəmiyyətə təzyiq göstərməkdir. Zelenski bunun təkcə Ukrayna hökumətinə deyil, bütün ukraynalılara təzyiq olduğunu vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR