"Türkiyə boğazlarını Rusiya hərbi gəmiləri üçün bağlaya bilər, lakin sonra onları Ukrayna üçün də bağlamalı olacaq".
Metbuat.az xəbər verir ki, bu barədə "TGRT Haber"in hazırladığı geniş araşdırmada bildirilib.
Bundan əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bondar deyib ki, Kiyev Ankaradan Rusiya gəmiləri üçün boğazları bağlamağı tələb edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Rusiya hərbi gəmilərinin keçməsi üçün Bosfor və Dardanel boğazlarını bağlaya bilər, lakin Rusiya tərəfinin də bu müqavilə ilə bağlı tələbi var. Xarici işlər naziri vurğulayıb ki, hətta müharibə olsa belə, ruslar boğazlardan keçə bilər. Çavuşoğlu "biz müharibənin tərəfində deyilik" deyə açıqlamasında qeyd edib.
Bütün bunlar - Rusiyanın Ukraynaya hücumu yenidən Çanaqqala və İstanbul (Boğaz) boğazından keçidi tənzimləyən "Montrö Konvensiyası"nı gündəmə gətirib.
Möntrö razılaşmasının Türkiyəyə özünü təhlükə altında gördüyü halda boğazları bağlamaq hüququ verdiyini xatırladan təqaüdçü səfir Yalım Eralp bildirib ki, “Türkiyə təkbaşına mübarizə aparmasa, ancaq özünü təhlükə altında görərsə, boğazları bağlaya bilər. Üçüncü ölkələrin müharibəsi şəraitində belə bir qərar verilə bilərsə çətin ki, Rusiyaya qarşı belə qərar verilsin.
Təqaüddə olan dəniz polkovniki Türker Ertürk də Türkiyənin özünü təhlükə hiss etdiyi təqdirdə boğazları bağlamaq hüququna malik olduğunu vurğulayıb.
"ABŞ və Ukrayna Türkiyəni "Montrö Konvensiyası"nın şərtlərini deşməyə çalışırlar. Belə bir qərarın qəbul edilməsi məcburiyyətdən və ya xəyanət səbəbindən olardı. Çünki Türkiyə üçün belə bir təhlükə yoxdur. Ukraynaya qarşı təhlükəni Türkiyəyə qarşı dəyərləndirə bilməzsiniz" deyə Türker Ertürk qeyd edib.
Gülbəniz Hüseynli / Metbuat.az