SON DƏQİQƏ: Rusiya ordusu Kiyevə girdi - Hökumət binası yaxınlığında toqquşma

Rusiya ordusu Kiyevin ətrafındakı məhəllələrə daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr CNN-ə açıqlama verib. Bildirilir ki, ruslar tanklarla irəliləyir.

Həmçinin, Kiyevdəki hökumət binası yaxınlığında silah səsləri eşidilib. Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar bildirib ki, hökumət binası yaxınlığında toqquşma təxribatçılarla olub.

Ukraynanın hərbi geyimində olan bir qrup təxribatçı atəş açaraq həyəcan yaratmaq istəyib. Lakin onlar məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR