"Putin Zelenskinin Ukrayna prezidenti olduğunu tanıyır" -

"Rusiya Vladimir Zelenskinin Ukrayna prezidenti olduğunu tanıyır".

Metbuat.az xəbər verir ki, Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov cümə günü jurnalistlərə açıqlamasında belə deyib.

"Bəli, əlbəttə. Zelenski Ukraynanın prezidentidir", - Kreml sözçüsü bununla bağlı suala cavab verib.

Dmitri Peskov Rusiya Federasiyası və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında yaxın gələcəkdə təmasların olub-olmayacağı barədə heç nə deməyib.

"İndi mən bu barədə heç nə deyə bilmərəm", - deyə Peskov qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR