"​Unibank" mükafat alıb

"Unibank" 2021-ci il ərzindəki fəaliyyətinə görə mükafatlandırılıb.

Bank, Azərbaycan Banklar Assosiasiyasının ənənəvi “Bankçılıq Mükafatları –2021” mükafatının qalibləri siyahısındadır. Ötən il ölkənin sosial-iqtisadi inkişafına verdiyi dəstəyə və həyata keçirdiyi layihələrə əsasən, “Unibank”ın fəaliyyəti üç nominasiya üzrə dəyərləndirilib. Şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi sosial layihələrə görə, Unibank 2021-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyasının qalibi olub. Müxtəlif universitet tələbələri ilə bağlı reallaşdırılan layihələrin qiymətləndirilməsi zamanı, Bank “Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə təltif edilib. Ənənəvi bankçılıqdan elektron bankçılığa keçid, rəqəmsallaşma ilə bağlı çoxsaylı layihələrin tətbiqi “Unibank”ı “Elektron Bankçılıq” nominasiyası üzrə qaliblərdən biri edib.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 30 ilə yaxın mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Unibank- Sənin Bankın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR