Avropa Liqası: "Qalatasaray"ın rəqibi müəyyənləşib

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə "Qalatasaray"ının da rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi bu raundda İspaniyanın "Barselona" klubu ilə qarşılaşacaq. "Sarı-qırmızılar" cavab görüşünü evdə keçirəcək.

Qeyd edək ki, ilk matçlar martın 10-da, cavab görüşləri martın 17-də olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR