SON DƏQİQƏ: Qara dənizdə rus tankeri VURULDU:

Rusiya ekipajının olduğu tanker Qara dənizdə qəza vəziyyətinə düşüb.

Metbuat.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Moldova Dəniz Agentliyi məlumat yayıb.

“Moldova Respublikasının bayrağı altında üzən “Millenial Spirit IMO Nr. 7392610” (kimyəvi tanker) gəmisi Qara dənizin neytral sularında naməlum istiqamətdən mərmi ilə vurulub” deyə xəbərdə deyilir.

Qeyd olunur ki, gəminin göyərtəsində yanğın baş verib, avadanlıq və xilasedici qayıqlar sıradan çıxıb, Rusiya Federasiyası vətəndaşlarından ibarət ekipaj gəmini xilasedici jiletlərdə tərk edib. Hazırda yaxınlıqdakı gəmilər tərəfindən xilasetmə işləri aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR