Azərbaycanın daha 3 güləşçisi İstanbulda medal qazandı

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində bürünc medal qazanıb.

Metbuat.az-ın məlumatına görə, 82 kq-da çıxış edən Rafiq Hüseynov və Tuncay Vəzirzadə beynəlxalq turnirdə 3-cü yeri tutublar.

Onlar müvafiq olaraq Qazaxıstan təmsilçiləri İlimdor Satayev və Raxmet Sapiyevi məğlub ediblər. Hüseynov öz rəqibinə "tuşe" ilə (11:0), Vəzirzadə isə 7:1 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR