Ukraynaya ilk yardım bu ölkədən gəldi -

Polşa hakimiyyəti Ukraynaya hərbi yardım göstərmək haqqında qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Polşa müdafiə naziri Mariuş Blaşak verib.

Blaşak qeyd edib ki, döyüş sursatı olan karvan artıq Ukraynadadır:

"Ukraynaya təhvil verdiyimiz döyüş sursatı olan karvan artıq qonşularımıza çatıb. Biz ukraynalıları dəstəkləyirik, həmrəyik və Rusiyanın təcavüzünə qəti şəkildə qarşıyıq"- deyə Mariuş Blaşak bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR