Zelenski Kiyevdən video paylaşıb Rusiyaya medyan oxudu: Biz buradayıq /

Ukrayna prezidenti Vladimir Zelenski ukraynalılara növbəti videomüraciətini edib.

Metbuat.az-ın məlumatına görə, o qeyd edib ki, prezidentin ofisinin rəhbəri Andrey Yermak, ölkənin baş nazir Denis Şmıqal, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Kiyevdədirlər.

“Biz buradayıq, Kiyevdəyik. Biz Ukraynanı qoruyuruq”, - Zelenski vurğulayıb. O əlavə edib ki, bütün ukraynalılar öz ölkələrini müdafiə edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR