Almaniya Rusiyanın "SWIFT" sistemindən çıxarılmasına

Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik Almaniyanın maliyyə naziri Kristian Lindnerlə görüşündən sonra Almaniyanın mövqeyini dəyişməyə və Rusiyanın "SWIFT" ödəniş sistemindən ayrılmasına dəstək verməyə hazır olduğuna dair ilk siqnallar yaranıb.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Ukraynanın Almaniyadakı nümayəndəsi "ZN.UA" saytına açıqlamasında bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da Avropanı Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq və Rusiyanı "SWIFT" dən ayırmaq üçün qətiyyətli addımlar atmağa çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR