"Facebook"dan Rusiya dövlət mediasına

Facebook sosial şəbəkəsinin rəhbərliyi Rusiyanın dövlət mediasına bütün dünyada reklam göstərməyi və pul qazanmağı qadağan edib.

Metbuat.az xəbər verir ki, bu barədə cümə günü onun təhlükəsizlik siyasəti ofisinin rəhbəri "Nathaniel Gleicher" bildirib.

"Biz Rusiya dövlət mediasına bütün dünyada bizim platformamızda reklam yayımlamağı və pul qazanmağı qadağan edirik. Bu dəyişikliklər artıq qüvvəyə minməyə başlayıb və həftə sonuna qədər davam edəcək", - Qleyxer əlavə edib.

O vurğulayıb ki, sosial şəbəkə mütəxəssisləri bundan sonra da Rusiya Federasiyasının dövlət mediasının nəşrlərini müvafiq qeydlərlə müşayiət edəcəklər.

"Facebook" bundan əvvəl Rusiyanın dörd media orqanının: “Zvezda” telekanalının, "RİA Novosti" xəbər agentliyinin, "Lenta.ru" və "Gazeta.ru" onlayn platformalarının rəsmi hesablarına məhdudiyyətlər qoyub.

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayından Rusiya mediası və internet resursları ilə bağlı "Facebook" tərəfindən 23 senzura faktı qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR