İrina Zaretska: "Bu, xilasetmə əməliyyatı deyil, müharibədir"

"Rusiya hücumlarına və Ukraynanı bombalamağa davam edir".

Metbuat.az xəbər verir ki, bunu əslən Ukraynadan olan 26 yaşlı Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) şəxsi instaqram səhifəsində yazıb.

İdmançı ölkəsinə olan hərbi müdaxilənin xilasetmə əməliyyatı olmadığını bildirib:

"Bu, müharibədir. Sadəcə, silahlarını götürüb vətənimizə gəliblər. Ukrayna bu müharibədə tək qalıb. Amma bilirəm ki, biz güclüyük".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR