Azərbaycan hərbçiləri Xocalıda ermənilərə XƏBƏRDARLIQ ETDİ -

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında - Xocalı rayonunun Pirlər kəndində səngər qazmağa cəhd göstərən erməni silahlı dəstələtinə xəbərdarlıq edib.

Metbuat.az Caliber.az-a isitnadən xəbər verir ki, xəbərdarlıq erməni dilində səsgücləndiricilər vasitəsilə edilib.

“Erməni milliyyətindən olan vətəndaşlara müraciət! Siz Azərbaycan Respublikasının ərazisindəsiniz. Burada istənilən fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər şey qanunsuzdur. Hazırkı mühəndislik işiniz qanunsuzdur.

Müharibəyə hazırlaşmayın və ərazimizdə sərhəd qurmağa çalışmayın! Burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına əməl edin!

Təhlükəsizliyiniz üçün işi dayandırın və dərhal ərazini tərk edin. Əks halda, sizə qarşı güc tətbiq olunacaq. Zərərlərinizə görə məsuliyyət daşıyırsınız. Özünüzü və ailənizi təhlükəyə atmayın! Ərazini tərk edin! Bölgədən çıxın!”, - deyə xəbərdarlıqda qeyd edilib.

Həmçinin, Azərbaycan Silahlı Qüvvələri Xocalı rayonunun Pirlər kəndində yaşayan mülki Qarabağ ermənilərinə də xəbərdarlıq edib ki, Azərbaycan hakimiyyətinin rəsmi icazəsi olmadan hər hansı kənd təsərrüfatı işlərinin aparılması qanunsuzdur və onlar icazə almadan iş ərazisini tərk etməyə məcburdurlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR