"Qızım o gecə ulduz kimi parıldayırdı" -

"Dünən gecə, Qostomeldə həyəcan siqnalı altında, arvadım mənə qız övladı dünyaya gətirdi. Belə çətin vaxtda körpəm ulduz kimi parıldayırdı.

Vikusiya(həyat yoldaşını nəzərdə tutur) sən çox möhtəşəmsən".

Metbuat.az xəbər verir ki, bu sözləri ötən gün Kiyev vilayətinin Qostomel kəndi yaxınlığındakı doğum evinin zirzəmisində övladı dünyaya gələn Ukrayna vətəndaşı İvan Korol sosial şəbəkədəki hesabında yazıb. Onun qeydləridən anlamaq olur ki, Ukrayna xalqı belə çətin anlarda belə ümidsizliyə qapılmır.

"Qəhrəman şəhər Kiyevin həkimləri bomba təhlükəsi altında belə sakitliklərini qoruyub övladlarımızın dünyaya gəlişinə kömək edirlər. Eşq olsun Ukraynaya və əsgərlərimizə" deyə İvan Korol qeyd edib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR