Biz Şəhidik, yoxsa qurban?

Biz Şəhidik, yoxsa qurban?
10:21 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Qanlı Yanvar". Bu, Azərbayjanın yeni tarixinin, ölkənin müstəqillik uğrunda mübarizəsinin ən önəmli mərhələlərinin salnaməçisi olan ssenarist və rejissor Vahid Mustafa Yevin sayca üçüncü filmidir.

Filmin premyera nümayişinə ictimai xadimlər, ədəbiyyat və incəsənət nümayəndələri, aktyorlar, kinematoqraflar, KİV təmsilçiləri, 20 Yanvar şəhidlərinin və qurbanlarının ailələri dəvət ediliblər. Sabah yanvarın 20-də yeni filmin bütün Azərbaycan üzrə nümayişi olacaq. Nümayiş Bakıda, Gəncədə, Naxçıvandə, Şəkidə və Azərbaycanın başqa şəhərlərində keçiriləcək.

Ssenarist və quruluşçu rejissor Vahid Mustafayev ANS TV-nin "Hesabat" verilişində bildirib: "20 yanvar Azərbaycan tarixində çox böyük və şərəfli bir hadisədir, müstəqillik mücadiləsidir. Xalqın bir növ özünü dərk etməsi və nizamlı şəkildə azadlıq uğrunda vuruşmasıdır və nəticə olaraq bir qələbəsidir. Bizim müasir tariximizdə qələbə və zəfərlərin sayı məğlubiyyətlərlə müqayisədə, demək olar ki, eynilik təşkil edir. Ona görə də qələbəyə görə sevinmək lazımdır. Məhz 20 yanvar hadisəsi milli dirçəliş, xalqa özünü dərk etmək nöqteyi nəzərindən çox böyük bir hadisədir. SSRİ-ni dağıdan qüvvələrdən biri məhz Azərbaycan olmuşdur və üstündən 20-25 il keçəndən sonra nəhəng svilizasiyaların nümayəndələri bu yola qədəm basırlar. Biz isə buna 25 il bundan qabaq müraciət etmişik və şanlı qələbə çalmışıq. Düşünürəm ki, “Qanlı Yanvar” filmi bunu əyani şəkildə xalqa nümayiş etdirəcək".

Filmdə şəhid və qurban anlayışlarına da aydınlıq gətirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=320508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR