FIFA-dan Rusiya millisinə qarşı gözlənilməz SANKSİYA: Adı da dəyişdirilir -

FİFA Rusiyaya qarşı sanksiyalar elan edib.

Metbuat.az xəbər verir ki, FİFA təcili iclasından sonra Rusiya ilə bağlı qərarını açıqlayıb. Qərara əsasən, Rusiya Milli Komandasının adı “Rusiya Futbol İttifaqı” olaraq dəyişdiriləcək və o rəsmi adından istifadə edə bilməyəcək. Adı dəyişdirilən komanda doğma meydanda oyunlarını keçirə bilməyəcək. FIFA-nın verdiyi qərarlar:

- Rusiya ərazisində heç bir beynəlxalq oyun keçirilməyəcək.

- Rusiyanın bitərəf ölkədə oynacağı oyunlar azərkeşsiz keçiriləcək.

- Rusiya milli komandası bundan sonra "Rusiya Futbol İttifaqı" adı altında çıxış edəcək

- "Rusiya Futbol İttifaqı" oyunlarda Rusiya bayrağından və himnindən məhrum olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR