Putinin illər əvvəl gördüyü ŞOK HAZIRLIQ:

Sən demə, Rusiya prezidenti Vladimir Putin qərbin sərt sanksiyalarına qarşı hələ illər əvvəl hazırlığa başlayıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Putin Mərkəzi Bankın qızıl və valyuta ehtiyatlarını artıraraq, iqtisadi çətinliklərə qarşı hazırlıqlar görüb. Ekspertlərin hesablamalarına görə, Rusiyanın 100 dollarlıq əskinaslarının ağırlığı 50 tondan çoxdur. Həmçinin, Moskvanın dəyəri 600 milyard dollar olan qızıl ehtiyatları var. Bütün bunların Rusiyaya 5 il yetərli olacağı irəli sürülür.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın ABŞ-dan külli miqdarda dollar daşıdığı irəli sürülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR