Ukraynaya qoşun göndərən Kadırov dərhal zərərsizləşdirilməlidir -

“Çeçenlərin Rusiya ordusu sıralarında Ukraynaya qarşı mübarizə aparması doğru deyil”.

Metbuat.az xəbər verir ki, Türkiyə Hava Qüvvələrinin keçmiş zabiti, ekspert Məsud Hakkı Çaşın belə açıqlama verib. O bildirib ki, Çeçenistan illər əvvəl Rusiya ordusuna qarşı mübarizə aparıb. Ekspertin sözlərinə görə, vaxtilə azadlıqları uğrunda mübarizə aparan çeçenlərin indi suveren ölkənin ərazisinə müdaxilə etməsi doğru qərar deyil.

Ekspert bu qərarın qəbul edilməsində rol oynayan və Ukrayna əleyhinə sərt bəyanatlar səsləndirən Çeçenistan rəhbəri Ramzan Kadırovun dərhal zərərsizləşdirilməli olduğunu ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR