FİDE də Rusiyaya qarşı sanksiyalar tətbiq edib

FİFA-nın ardınca FİDE də Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Metbuat.az xəbər verir ki, ali şahmat orqanı Rusiya ilə yanaşı, Belarusda şahmatla bağlı hansısa yarış və tədbirin keçirilməsinə qadağa qoyub.

Belə ki, bu ölkədən olan şahmatçılar turnirlərə öz bayraları ilə daxil ola bilməyəcəklər. Eyni zamanda bu 2 ölkənin dövlət himni də hansısa yarışda səsləndirilməyəcək.

FİDE Rusiya və Belarusa aid şirkətlərlə əməkdaşlığa da son qoyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR