Zelenskini öldürmək üçün 400 nəfərlik dəstə göndərilib -

Rusiya prezidenti Vladimir Putin Ukraynanın dövlət başçısı Vladimir Zelenski və 23 hökumət nümayəndəsini zərərsizləşdirmək üçün Kiyevə 400 nəfərdən ibarət xüsusi dəstə göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə “Times” qəzetiməlumat yayıb. İddialara görə, “Wagner” qrupunun üzvləri olan silahlılar, hələ 5 həftə əvvəl Belarusdan Ukraynaya daxil olub. İddia edilir ki, silahlılar tapşırığı yerinə yetirmək üçün külli miqdarda pul alıb.

Lakin hökumətin Kiyevdə 3 günlük komendant saatı tətbiq etməsi rusların planını pozub. Qeyd edək ki, Ukrayna hökuməti komendant saatlarında küçədə görünən hər kəsin düşmən kimi qəbul ediləcəyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR