Avropa Rusiyanın üzərindən XƏTT ÇƏKDİ:

Rusiyanın işğal əməliyyatlarından sonra Şimal Axını 2 layihəsinin təxirə salınması Türkiyəni bu sahədə strateji ölkəyə çevirib.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, türkiyəli ekspert Gürkan Kumbaroğlu bildirib ki, bundan sonra Avropa Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) və Azərbaycanın təbii qazının nəql olunduğu Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) daha çox maraq göstərəcək. Hər iki boru xəttinin Türkiyədən keçdiyinə diqqət çəkən ekspertin sözlərinə görə, Avropa TAP və TANAP-ın tutumunun artırılmasını nəzərdən keçirəcək.

Həmçinin Aralıq dənizindəki İsrail və Misir qazının Türkiyə üzərindən Avropaya çatdırılması planları gündəmə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR