Yanvar ayının ixrac göstəriciləri açıqlanıb

2022-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 3,1 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 232,2 mln. ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə “İxrac icmalı” nın fevral sayında qeyd olunub. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 86,2 mln. ABŞ dolları və ya 59% artıb.

2022-ci ilin yanvar ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 mln ABŞ dolları artaraq 52,8 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,3 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 56,5%, pambıq lifi ixracı 56,4%, pambıq iplik ixracı 34,5%, şəkər ixracı 24,1%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 10,2% artıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə 2022-ci ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 31% artaraq 60,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 71,9% artaraq 172 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (71,1milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (70,6 milyon ABŞ dolları) və Gürcüstan üçüncü (14,5 milyon ABŞ dolları) olub.

2022-ci ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (22,2 milyon ABŞ dolları) birinci, xurma (17,1 milyon ABŞ dolları) ikinci və meşə fındığı (15,9 milyon ABŞ dolları) üçüncü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR