Rusiyalı tələbələr Avropa universitetlərindən qovulur

Ukrayna ətrafında yaranmış vəziyyət fonunda bir sıra Avropa universitetləri rusiyalı tələbələri ölkədən çıxarıb.

Metbuat.az İnterfaks-a istinadən xəbər verir ki, bunu Rusiyadakı insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova deyib .

Onun sözlərinə görə, söhbət Fransa, Çexiya, Belçika və digər ölkələrin təhsil müəssisələrindən gedir.

Ombudsman vurğulayıb ki, Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi rusiyalı tələbələrin hüquqlarını qorumaq üçün tədbirlər həyata keçirir. Bundan əlavə, kafedra Donetsk və Luqansk Xalq Respublikalarından gəlmiş tələbələrə Rusiya Federasiyasının ali məktəblərində müvafiq yerlər təqdim etməklə onları umiversitetlərə yerləşdirirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR