Heydər Əliyev prospektində qəza: Nəqliyyatın hərəkəti çətinləşib - FOTO

"Hazırda Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur".

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Bildirilib ki, şəhər mərkəzi və “Koroğlu” metro stansiyası istiqamətində əsas və köməkçi yollarda avtomobillərin hərəkəti çətinləşib.

Sıxlığın baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən yarandığı qeyd olunub. Qəza ilə əlaqədar ASK ARENA-dan "Koroğlu" metrosu istiqamətində zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.

Bakının Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti çətinləşib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR