Müzakirə zamanı Xarkovun bombalanmasının səbəbi nə idi? -

Xəbər verdiyimiz kimi, Ukrayna-Rusiya danışıqları davam etdiyi vaxt Rusiya Xarkovu bombalamağa başlayıb.

Metbuat.az xəbər verir ki, “Ekvator” ticarət mərkəzi yaxınlığındakı əraziyə çox sayda mərmi atılıb. Məlumata görə, Rusiya qoşunları Ukrayna ordusunun hərbçilərinin cəmləşmə rayonunu hədəf olaraq seçiblər. Raket zərbələri zamanı onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.

Baş verənləri şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, hücumun başlanğıcında Rusiyanın iddiası daha böyük olsa da, hazırki vəziyyətdə Moskva üçün iki şərtini qəbul etdirməklə “qələbə” qazanmaq olar.

Birinci şərt odur ki, Kiyev Donbasdan və Krımdan imtina etməlidir. İkinci şərt isə Ukraynanın NATO-ya inteqrasiya xəttindən imtinası ilə bağlıdır. Müharibənin ilk günlərində Ukraynanı buna məcbur etmək mümkün idi. Sanksiyalar, anti-Rusiya cəbhəsinin total şəkil alması və müharibənin gedişi Kiyevin əlin gücləndirmiş kimi görünür. Bu baxımdan, Rusiya üçün şərtlərinin qəbulu halında hücumu dayandırması prosesdən qazanclı çıxmaqdır. Masada danışarkən bombalamanın davam etməsi də Kiyevi razılaşmaya məcbur etmək gedişidir" deyə Asif Nərimanlı bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR