Yevlax sakinindən odlu silah götürülüb

Yevlax sakinindən odlu silah götürülüb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlayan şəxs müəyyən edilib.

Belə ki, RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkum edilmiş Taleh Bərxudarov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman lüləyi və qundağı kəsilmiş 1 ədəd tüfəng və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və T.Bərxudarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR