“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 725 milyon dollarlıq ixraca kömək edib

Bu ilin fevral ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17 milyon ABŞ dolları olub.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın fevral buraxılışında qeyd edilir.

Sənədə əsasən, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 15,4% azdır.

2017-ci ildən 2022-ci ilin fevral ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 725,4 milyon ABŞ dolları təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR