Ukrayna İlan adasındakı hərbçilərinin əsir götürüldüyünü açıqlayıb

Qara dənizdə Ukraynaya məxsus İlan adasındakı dəniz piyadaları əsir götürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmi "Facebook" səhifəsində məlumat verilib.

“Qardaşlarımızın sağ olduğunu öyrəndiyimiz üçün çox şadıq!”, - deyə məlumatda qeyd edilib.

Dəniz piyadaları iki dəfə rusların hücumlarını cəsarətlə dəf edib, silahlarının olmaması səbəbindən adanın müdafiəsini davam etdirə bilməyiblər.

Qeyd edək ki, Ukrayna tərəfi daha öncə ada ilə əlaqənin kəsildiyini, Rusiya hərbi gəmilərinin təslim tələbinə tabe olmayan 13 ukraynalı hərbçinin bombardman edildiyini bildirmişdi. Prezident Zelenski bu hərbçiləri Ukraynanın qəhrəmanı elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR