Daha bir ölkə Ukraynaya qoşun yeridir - ŞOK İDDİA

Rusiyanın Ukraynanı işğal hərəkatına Belarus hərbçiləri də qatılmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti ABŞ hökumətindəki mənbəyə istinadən belə məlumat yayıb. İddialara görə, Belarus hərbçiləri yaxın saatlarda paraşütlə Ukraynaya enəcək. Qəzet belaruslu hərbçilərin bu gün Ukraynaya girəcəyini istisna etməyib. “Kyiv İndependent” qəzeti də oxşar iddialar irəli sürüb.

Qeyd edək ki, prezident Vladimir Zelenski belaruslu həmkarı ilə telefon söhbətindən sonra Aleksandr Lukaşenkonun Ukraynaya hərbçi göndərməyəcəyinə dair söz verdiyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR