Bakıda ev yanıb, bir nəfər ölüb

Bakı şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hadisə Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb.

Ümumi sahəsi 28 m² olan mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Dadaşov Mahir Ayaz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR