Putin əmr verdi: "Ölüm karvanı" hərəkətə keçdi - Ukrayna ordusu pusquda /

Rusiyanın uzunluğu 65 kilometrə çatan hərbi karvanı Kiyev istiqamətində irəliləməyə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Röyters agentliyi ABŞ-ın “Maxar” peyk şirkətinin görüntülərinə istinadən məlumat yayıb. Bildirilir ki, buna qədər hərbi karvan Kiyevdən 60 kilometr məsafədə mövqe tutmuşdu. Bildirilir ki, hərbi karvanda hava hücumundan müdafiə sistemləri, ağır silahlar və çox sayda hərbçi var. Məlumata görə, Ukrayna hərbçiləri hərbi karvana müdaxilə etmək üçün müxtəlif yerlərdə pusqular hazırlayıb.

Xarici KİV-lərdə “Putinin ölüm karvanı” kimi təqdim edilən hərbi karvanın yaxın saatlarda Kiyev ətrafına çatacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR