Dünyanın ən yaxşı hərbi pilotu Ukraynada vuruldu -

Ukraynanın ən məşhur hərbi pilotlarından biri sayılan polkovnik Aleksandr Oksançenko Ukrayna uğrunda gedən hava döyüşlərində həlak olub.

Metbuat.az Ukrayna mediasına istinadən xəbər verir ki, Aleksandr Oksançenko dünən hava hücumlarından müdafiə zamanı qəhrəmancasına həlak olub.

Ukrayna Prezidenti Volodimir Zelenskinin qərarı ilə A.Oksançenkoya ölümündən sonra Ukraynanın Milli Qəhrəmanı adı verilib.

Qeyd edək ki, SIAF, The Royal International Air Tattoo, International Airshow-2017, Czech International Air Fest aviaşoularındakı ali pilotaj fiqurlarının nümayişindən sonra NATO onu "Dünyanın ən yaxşı qırıcı pilotu" adlandırmışdı.

Hətta Pilotun 2018-ci ildə bir film üçün Su-27 ilə səmadakı məharəti hər kəsi təəccübləndirmişdi. Sabiq prezident Petro Paraşenko da onun məharəti ilə bağlı video yayınlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR