Konsulluq Xarkovun raket atəşinə tutulması ilə bağlı məlumat yaydı -

Bildiyiniz kimi, az öncə Xarkov şəhərinin mərkəzi raket zərbəsi ilə vurulub. Azərbaycanın fəxri konsulluğunun bu əraziyə yaxın yerləşməsini nəzərə alaraq qeyd etmək istərdik ki, konsulluq binasına ziyan dəyməyib.

Bu barədə Metbuat.az-a konsulluqdan bildirilib.

“Hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik.

Həmvətənlərimizi bir daha təmkinli olmağa çağırır, olduqları yerlərdə qalmalarını tövsiyə edirik. Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, - qeyd olunub.

Qeyd edək ki, bir neçə saat öncə Xarkov şəhərinin mərkəzinə raket zərbəsi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR