Göyçayda ata və oğul qız qaçırdı -

Baş Prokurorluq Göyçayda gənc qızın qaçırılması ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən Metbuat.az-a olan məlumatda deyilir:

"Fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb.

Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda iş üzrə istintaq davam edir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR