Azərbaycanlı gənc Ukraynada GÜLLƏLƏNDİ:

Ukraynanın Krivoy-Roq şəhərində azərbaycanlı gənc güllələnərək öldürülüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 35 yaşlı Mahmudov Eldar Ramzan oğlu şəhərin girişində postdan keçərkən anlaşılmazlıq şəraitində Ukrayna hərbçiləri tərəfindən vurulub.

Belə ki, yerli könüllülər kimi Ukrayna döyüşçülərinə ərzaq məhsulları verib geri qayıdarkən postdan sürətlə keçən azərbaycanlı gəncin avtomobili atəşə tutulub. Nəticədə E. Mahmudov yerindəcə keçinib. Onu güllələyən 2 Ukrayna hərbçisi dərhal şəhər hərbi prokurorluğunun sanksiyası il həbs olunub, cinayət işi qaldırılıb.

E. Mahmudov Ukrayna vətəndaşı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR