SON DƏQİQƏ: Belarus qoşunları Ukraynaya daxil oldu -

"Belarus qoşunları Çerniqov vilayətinə daxil olub".

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının “Twitter” hesabında bildirilib.

Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidmətinin məlumatına görə, məlumatı “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov da faktı təsdiqləyib.

"Belarus müharibəyə girib. Belarus qoşunları Çerniqov vilayətinə daxil olub", - mesajda deyilir.

Məlumat üçün bildirək ki, Ukraynanın “Unian.net” saytının xəbərinə görə Mixailo-Kotsiubinskinin qəsəbəsinin yerli sakinlərinin dediyinə görə, saat 11:30-da Slabin və Pakul istiqamətində hərəkət edən 11-i “Qrad” sistemi olmaqla 33 hərbi texnikadan ibarət Belarus hərbi kolonu ərazidən keçib. Hərbi texnikaların hərəkəti zamanı ərazidə mobil rabitə əlaqəsi pozulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR