Rus ordusu niyə “Z”, “V”, “A”, “X” ilə işarələnib?

"Canlı Qayıt" Fondu rus ordusunun hərflərlə işarələnməsinin mənasını açıqlayıb.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə fondun feysbuk səhifəsi məlumat yayıb.

Bildirilib ki, geyimində və ya texnikasında “Z” işarəsi - Rusiya ordusunun şərq qüvvələrini, kvadrat içərisində “Z” işarəsi - Krım qüvvələrini, “V” - dəniz piyadalarını, “A” - xüsusi təyinatlı qüvvələrini, “O” - Belarusdan gələn əsgərləri, “X” isə Çeçenistandan gələn kadırovçuları tanıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR