Azərbaycanlı müğənni ağır avtomobil qəzasına düşdü -

Müğənni Ülviyyə Namazova Rusiyada avtomobil qəzasına düşüb.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə sənətçi Rostov şəhərindən Moskvaya gedərkən baş verib. Bu haqda Ülviyyə özü məlumat verib. İfaçı hazırda vəziyyətinin orta qiymətləndirildiyini bildirib:

"Həyatda qəzalar qaçılmazdır. Rostovdan Moskvaya gedəndə başımıza iş gəldi. Ağır qəzaya düşdük. Qarşıda dəmir sədd olmasa idi, vəziyyət daha ağır olardı. Dünən Bərdəyə gəldik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR