Rusiya Ukraynadan sonra BU ÖLKƏYƏ hücuma keçəcək: Lukaşenko Putinin planlarını alt-üst etdi - XƏRİTƏ SKANDALI /VİDEO

İndiyədək Kreml xarici əməliyyatlarla bağlı məxfiliyi ilə tanınsa da bu dəfə Putinin Ukrayna müharibəsi ilə bağlı planları onun ən yaxın müttəfiqi, Belarus lideri Aleksandr Lukaşenko tərəfindən iflasa uğrayıb.

Metbuat.az xəbər verir ki, Belarus təhlükəsizlik şurasının iclasında çıxış edən Lukaşenko rus qoşunlarının hərəkətlərini və hücum hədəflərini əks etdirən xəritənin qarşısında çıxış edən zaman xəritədə Rusiyadan Ukraynaya doğru hücum xətləri göstərilirdi. Bu hücumların bəziləri (Kiyev, Krım, Xerson kimi) işğalın ilk günlərində baş verdi.

Bununla belə, xəritədə hələ baş verməmiş hücumların təfərrüatları var idi. Onlardan biri, Odessa limanından Moldovanı göstərirmiş. Bu da Rusiyanın Ukraynanın qonşusuna qoşun yeritməyi planlaşdırdığını göstərir.

Ukraynanın dörd hissəyə bölündüyünü göstərən işğal xəritəsi Ukrayna ordusunun komandanlıq əraziləri ilə uyğunlaşdırılıb və Ukraynanın şərq sərhədi boyunca Belarusdan hədəf alınan nöqtələri əks etdirir.

Yəni xəritəyə görə Rusiya Odessanı ilhaq edir və oradakı qoşunlarını daha sonra Moldova sərhədləri daxilində Dnestryanı bölgəyə yeridir.

Qeyd edək ki, Lukaşenkonun bu uğursuz çıxışı Qərb mediası tərəfindən “Səriştəsiz Lukaşenko Putinin gizli planını sızdırdı”, “Növbəti Moldovadırmı?” kimi başlıqların yazılmağına səbəb olub. Aİ-nin Moldovanı sözügedən xəritə ilə bağlı müdafiə edib-etməyəcəyi yaxın günlərdə məlum olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR