"Uşaqları kökəltməyə çalışmayın" -

"Uşaq doğulandan qidalanma düzgün aparılmalıdır".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə piylənmə mövzusundan danışarkən deyib. Ekspert qeyd edib ki, uşaqlara ana südünün mütləq verilməsi önəmlidir.

"Uşaqları kökəltməyə çalışmayın. Uşaq doğulandan qidalanma düzgün aparılmalıdır. İlk öncə ana südünün 6 aylı verilməsi mütləqdir. Hazır qidalara tez keçmək düzgün deyil. Lakin 6 aydan sonra əlavə qidalara keçərkən meyvə, tərəvəz kimi qidalar verilməlidir. Şokolad, peçenye,tort kimi qidalar maksimum gec verilməlidir".

Azad Əkbərzadə qeyd edib ki, piylənmənin ən çox rast gəlinən səbəblərindən biri də hərəkətsizlikdir:

"Hazırda valideynlər daha çox televizor, telefonla uşağa yemək verirlər. Bununla da piylənmə üçün risk yaranır. Çünki hərəkətə məhdudiyyəti yaranır".

Uşaq endokrinoloqunun sözlərinə görə, piylənmədən əziyyət çəkən və qeydiyyata düşən 13 yaşa qədər uşaqların sayı 1 126 nəfər təşkil edib:

"Onlardan 544 nəfəri qız uşaqlarıdır. Müraciətçilərdən 190-ı sırf 2020-ci ildə qeydiyyata alınanlardır. Günü gündən də müraciətçilərin sayı artır. 14-17 yaş arası 464 nəfər qeydiyyata alınır. Onlardan 130-u son ildə müraciət edənlərdir. 18-29 yaş arasında bu göstərici 977-dir. 30 yaşdan yuxarı şəxslərin sayı isə 4 443 nəfərdir. Bunun da 499 nəfəri son ildə müraciət edənlərdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR