"Çoxuşaqlı ailələrə pulsuz mənzillər verilsin" -

"Rusiyada çoxuşaqlı ailələrə pulsuz mənzillər verilə bilər".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

"Çoxuşaqlı ailələrə dərhal pulsuz mənzil ayrılmalıdır. Bəli, regionlarda bununla bağlı müxtəlif imkanları var, amma buna baxmayaraq, bu qaydaya çevrilməlidir", - Matvienko bildirib.

O, əlavə edib ki, Sankt-Peterburqda üç və ya daha çox uşağı olan çoxuşaqlı ailələr qeydiyyatdan keçdikdən sonra bir il müddətinə mənzil alırlar.

"Sosial növbədən danışırıqsa, spekulyasiyaya ehtiyac yoxdur. Yaşadığımız zamana uyğun olmalıyıq. Hələ də əlillərə, sosial müdafiəsiz insanlara, veteranlara və digər kateqoriyalara dərhal mənzil verə bilmirik. İnsanlar bizim zəmanəmizdə daha ağır şəraitdə yaşamalı deyillər. Sosial kirayəni inkişaf etdirək, daha çox gənc sosial cəhətdən imkansız ailə üçün münasib qiymətə kirayə verilə bilən mənzillər tikə bilərik" deyə Matvienko qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR