Zelenski "Bu Vətən Müharibəsidir" deyib Rusiyanın itkilərini açıqladı -

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti dəfə müraciət edib və Rusiya ordusunun itkilərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, müraciətin videogörüntüsü Ukrayna dövlət başçısının teleqram kanalında yayımlanıb.

"Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürüldü. Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı, 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular", - Zelenski bildirib.

Zelenski deyib ki, Ukrayna xalqı bir həftə ərzində düşmənin planlarını pozub: “Biz onları dayandırdıq və əzdik. Biz düşmənin planlarını bir həftədə pozan xalqıq”, - Prezident vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam etməkdə olan müharibəni Vətən Müharibəsi adlandırıb.

"Biz ukraynalılar üçün bu, Vətən Müharibəsidir. Bu cür müharibələrin necə başladığını xatırlayırıq. Və biz onların işğalçılar üçün necə bitdiyini bilirik. Hara getsələr, hər yerdə məhv olacaqlar. İşğalçılar ukraynalılardan cavab alacaqlar” - deyə Prezindent qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR