"Qarabağ" qapıçısı ilə yollarını ayırdı

"Qarabağ"ın qapıçısı Emil Balayev klub ilə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub Emil Balayevə göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, 28 yaşlı qolkiper karyerasını yenidən Qazaxıstanda davam etdirəcək. O, tezliklə bu ölkənin “Turan” klubu ilə sözləşmə imzalayacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR