Tanınmış iş adamı 1 milyon dollar vəd etdi: Putinin ölüsünü və ya dirisini...

Rusiyalı milyonçu Aleksandr Konanikin prezident Vladimir Putini məhkəmə qarşısına çıxarana 1 milyon dollar mükafat vəd edib.

Metbuat.az xəbər verir ki, bu barədə iş adamı feysbuk hesabında paylaşım edib. “Newsweek” portalının məlumatına görə, iş adamı Putinin hərbi cinayətlər törətdiyini bildirib. İş adamı digər paylaşımında isə “Axtarılır: Ölü və ya diri. Vladimir Putin kütləvi qətliam üçün” sözlərini yazıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR