"Azəriqaz"da bütün suallara cavab veriləcək

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

“Azəriqaz”dan Metbuat.az-a verilən məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Tədbirdə bu ilin fevral ayının yekunlarına dair hesabat təqdim olunacaq, vətəndaşların sualları canlı yayımda cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları bu tədbirə dəvətlidir. Sualları baş direktor Ruslan Əliyev cavablandıracaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR